Bahar Şiiri | Sevinç İbrahim
Bahar
Gəlir bu elə yenə bir ilk bahar,
Susqun kədərlilərin könlün alar,
Yenə quşlar bahar nəğməsin çalar,
Həyat adlı bir şeir yazaram mən.
Ağaclarla dolu sonsuz bir meşə,
Budur mənim üçün rəngarəng guşə,
Orda seyr edərək qızıl günəşə,
Ümid adlı bir şeir yazaram mən.
Gördüm mən həyatda qışı, payızı
Amma ən çox sevdim baharı, yazı
Alaraq əlimə qələm, kağızı
Bahar adlı bir şeir yazaram mən.
Bu cahanı qarış-qarış gəzərəm,
Onun eşqilə könlümü bəzərəm,
Mirvaritək misraları düzərəm,
Sevgi adlı bir şeir yazaram mən.
Payızda bilinirmiş yazın qədri,
Keçdi qış duyulur yenə gül ətri,
O nur üzlü bir pərvanədən ötrü,
Xəyal adlı bir şeir yazaram mən.
Günəş işıq saçanda təbiətə,
Başladıq onunla uzun söhbətə,
Yeni ad gətirərək şeriyyətə,
Ona ölməz bir əsər yazaram mən..
23.02.2018
Sevinç İbrahim
Sevinç İbrahim
Benzer Mevsimlerle İlgili Şiirler:
Kış (Alper GÜVLÜ)
Bahar Geldi Bahar (Merve Cağaloğlu)
İlkbahar (Gülperi Ece BULUT)
Son Yaprak (MUSTAFA UZELLİ)
Kışlar (hanife kaban)
Mevsimler (Pelin Su Özdemir)
Son Eklenen Mevsimlerle İlgili Şiirler:
Yaz (Rakım ÇALAPALA)
Yaz (Halide Nusret ZORLUTUNA)
Bahar Geliyor (Cahit Sıtkı TARANCI)
Kış (Arda Oğuz)
Yağmur Hanım (Mustafa Ruhi ŞİRİN)
Çocuk ve Bahar (Emine ASLANDOĞDU)
Eğitici Çocuk Şiirleri Ana Sayfa